Siyasət

Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov

Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Azərbaycan Ordusu bütün beynəlxalq normalara tam olaraq əməl edir.

Kanal14.az bildirir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, düşmən ağır itkilər verərək geri çəkilir. Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir:

"Təəssüf ki, düşmən elan olunan humanitar atəşkəslərdən sui-istifadə edərək mövqelərimizə hücum etməyə cəhd edir. Lakin itki verərək geri çəkiliblər".

A.Eyvazov vurğulayıb ki, düşmən döyüş meydanında Azərbaycan Ordusuna cavab verə bilmədiyinə görə, yaşayış məntəqələrimizi atəşə tutur.

(Trend)