Siyasət

"MTN"in həbsdə olan idarə rəisi prezidentdən əfv dilədi - MÜRACİƏT

"MTN"in həbsdə olan idarə rəisi prezidentdən əfv dilədi - MÜRACİƏT
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan idarə rəisi Akif Əliyev Prezident İlham Əliyevə əfv olunmaq üçün müraciət edib.

 MTN zabiti müraciətində ciddi səhvlərə yol verdiyini etiraf edib və ölkə başçısından onu bağışlamağını xahiş edib: "Cənab Prezident, dövlətçiliyimizə zərər vurulmasına qarşı qətiyyətlilik nümayiş etdirmədiyimə görə sizdən üzr istəyirəm".

A.Əliyevin vəkili Anar Qasımlı Open.az-a açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, Akif Əliyev general Akif Çovdarovun işçisi olub. O, 2015-ci ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub. Sonradan məhkəmə ona verilmiş bəzi ittihamları ləğv edib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib.Open.az