Səhiyyə

Rusiya peyvəndi nə dərəcədə etibarlıdır? - ÜST AÇIQLADI

Rusiya peyvəndi nə dərəcədə etibarlıdır? - ÜST AÇIQLADIÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe Rusiya peyvəndi "Sputnik V"ni təhlükəsiz və təsirli adlandırıb.

Kanal14.az bildirir ki, o, bu barədə Rusiya Səhiyyə naziri Mixail Muraşko ilə görüşdən sonra danışıb.

 

"ÜST Rusiya Federasiyasının COVID-19 əleyhinə peyvənd hazırlamaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Bir daha etibarlı və təsirli peyvənd yaratmaq üçün göstərdiyi səylərə görə Rusiya Federasiyasına təşəkkür etmək istəyirəm", - o, açıqlamasında qeyd edib./publika.az