Səhiyyə

Məşhur həkim: "Hər günə 100 yoluxma varsa..."

"Ay millət, maska geyinin. Xəstəlik qətiyyən azalmayıb".

Kanal14.az bildirir ki,bunu Demokrat.az-a açıqlamasında məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Həkim daha sonra bunları vurğulayıb:
"Hər günə 100 yoluxma varsa, demək gündə ən azı 10 nəfər reanimasiyadadır. Reanimasiyanı, oradakı xəstələrin zülmünü, necə əziyyət çəkdiklrəini, həyat üçün, oksigen üçün necə çarpışdıqlarını görsəniz, 2 dənə N95 maskasını üst-üstə geyinərsiniz, insanlardan 10 metr aralı gəzərsiniz. O xəstələri biz çəkib bura qoya bilmərik, etik deyil. Amma bilin ki, bu, bir bəladır, bu, bir dəhşətdir. Ciddiyə alın. Həkimlər də insandır, hətta fiziki olaraq da gücümüz tükənuib. Məsuliyyətiniz olsun".