Səhiyyə

ÜST-dən XƏBƏRDARLIQ: Bu yerlər koronavirusa yeni yoluxma mərkəzi ola bilər

ÜST-dən XƏBƏRDARLIQ:

Təhsil müəssisələrin fəaliyyətə başlaması koronavirusun yeni yoluxma mərkəzinə çevrilə bilər.

Kanal14.az Metbuat.az -a istinadən xəbər verir ki, bu haqda ötən gün brifinqdə çıxışı zamanı açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının sağlamlıq sahəsində fövqəladə hallar üzrə proqram direktoru Maykl Rayan bildirib ki, məktəblər, tədris ilinin əvvəlində yeni yoluxma təhlükəsi ilə üzləşə bilərlər.


Buna səbəb kimi Mayk Rayan ötən il dünyadakı bütün məktəblərin 43 faizində əlləri sabunla yumaq üçün yer olmadığını hətta bir çox məktəblərdə əsas gigiyena imkanlarının ümumiyyətlə qənaətbəxş səviyyədə olmamasını göstərilib.

Rayan bildirib ki, dünya əhalisinin əksəriyyətinin hələ də koronavirusdan qorunmur. O, izdihamlı yerlərə baş çəkməməyə və küçələrdə və qapalı yerlərdə tibbi maskalar taxmağa və sosial məsafəni qorumağa çağırıb.