Səhiyyə

Daha 547 nəfər koronavirusa yoluxdu

Bu gün ölkə ərazisində 547 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 291 nəfər sağalaraq evə buraxılıb.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, bu gün daha 6 nəfər dünyasını dəyişib və beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 180 nəfər olub.