Səhiyyə

Türkiyə vaksinləri necə qorunur? - Video

Türkiyə vaksinləri necə qorunur? - Video
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Türkiyə KİV orqanları koronavirusa qarşı hazırlanan və könüllülərə tətbiq olunan yerli "Faz 1” adlı peyvəndin hazırlanma prosesini işıqlandırıb.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, hazırlıq Kayseridəki Erciyes Universitetində (ERU) həyata keçirilir. Bildirilir ki, sözügedən vaksin 44 könüllü üzərində tətbiq edilib. Proses 14 dekabrda tamamlanacaq və "Faz 2” üçün 15 dekabrdan sonra hazırlıqlar başlayacaq.

KİV yerli peyvəndin saxlandığı yüksək təhlükəsizlik kabinetinə baxış keçirib.

 

"Bura etibarlı bir otaqdır, hər tərəfdə istilik qeydləri, xəritəsi var. Temperatur qeydlərinə görə bir siqnal sistemi mövcuddur. Həm bizə, həm də işçilərə bu siqnal sistemi daim xəbərdar edir. Bu rəflər normal olaraq soyuducu şərtlərinə görə hazırlanır. Yerli peyvəndimiz həmin kabinetlərdə saxlanıla bilər. Burada vaksini könüllüyə tətbiq etməzdən əvvəl rəfdən çıxardırıq. Peyvəndi otaq temperaturunda 15 dəqiqə saxlayırıq, sonra könüllüyə vururuq. Bu müddətdə peyvənd 4 dərəcə soyuducuda qorunur”,- deyə ekspert Əhməd İnal bildirib. 

Türkiyə vaksinləri necə qorunur? - Video