Mədəniyyət

Bilik Fondu Şamaxıda Сümhuriyyət tariximizlə bağlı daha bir tədbir keçirib

2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir. Həmçinin Fond milli-mənəvi dəyərlərin təbliği, gənclərdə elmi və bədii mütaliəyə marağın artırılması, onlara kitaba sevginin və oxu mədəniyyətinin aşılanması istiqamətində mühazirə və görüşlər təşkil edir.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Fonddan verilən məlumata görə, bu silsilədən növbəti mühazirə Şamaxı şəhər Heydər Əliyev Mərkəzində baş tutub.

 

Tədbiri açan Şamaxı Rayon İcra Hakimiyyətinnin baş məsləhətçisi Səbuhi Həsənov Bilik Fondu ilə İcra Hakimiyyətinnin birgə həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb. Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlının "Cümhuriyyət - şanlı tariximiz” mövzusunda mühazirsəindən sonra ARB televiziyasının nəzdində "Aranfilm”in istehsal etdiyi eyni mövzuda "Sarmaşıqlı məzarlar” filmi nümayiş etdirilib.

İkinci maarifləndirici tədbir Şamaxı Mədəniyyət Evində təşkil olunub. Fondun əməkdaşının "Kitabın verdiyi dəyərlər” mövzusunda mühazirəsi yerli gənclər tərəfindən maraqla qarşılanıb.