İqtisadiyyat

Nazir: Tacikistan alüminium istehsalında Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)

Tacikistan alüminium istehsalı və ixracı sahəsində Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır.

Trend-in məlumatına görə, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Hikmatullozoda deyib.

 

Nazirin sözlərinə görə, Tacikistan xüsusilə alüminiumun ixracında Azərbaycanın tranzit potensialının istifadə olunmasında maraqlıdır.