İqtisadiyyat

Ölkədə qızıl-gümüşün QİYMƏTİ düşür

http://olke.az/uploads/1551905365/rgtyujyhtrtyu.jpg
 
 Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

"Kanal14.az" trend-ə istinadən bildirir ki, martın 6-da qızılın qiyməti martın 5-i ilə müqayisədə 2,533 manat azalaraq 1 unsiya üçün 2188,648 manat təşkil edib.

Gümüş 0,0843 manat ucuzlaşaraq 1 unsiya üçün 25,6621 manata bərabər olub.

 

Trend-ə görə, platinin qiyməti 15,1555 manat azalaraq 1414,485 manat, palladiumun qiyməti isə 40,12 manat azalaraq 2567,34 manat təşkil edib.

 

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.