İqtisadiyyat

Bir ayda "Qoşa Təpə" gömrük postundan 14 min 388 nəqliyyat vasitəsi keçib

Biləsuvar. Ceyhun Ələkbərov - Trend:

Bu ilin iyul ayı ərzində Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan 14 min 388 nəqliyyat vasitəsi keçib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki,  məlumatına görə, bu barədə DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

İdarə rəisi qeyd edib ki, avqust ayının 2-də "Qoşa Təpə” gömrük postunun idxal və ixrac xəttindən ümumilikdə 643 nəqliyyat vasitəsi keçib.