İdman

“Trabzonspor” klubunun yeni transferi 6 ay futboldan kənarda qalacaq

Türkiyənin "Trabzonspor” klubu ciddi itki ilə üzləşib.

kanal14.az bildirir ki, Super Liqada 2020/21 mövsümünün startı öncəsi bir futbolçu zədələnib.

Qara dəniz təmsilçisinin keçən ay Norveç klubu "Rusenborq”dan aldığı yarımmüdafiəçi Anders Trondsen sıradan çıxıb. Ön çarpaz bağları qopan 25 yaşlı orta sahə oyunçusu əməliyyat olunacaq. Həkimlər onun ən yaxşı halda 6 ay sonra məşqlərə başlaya biləcəyini açıqlayıb. Bu da o deməkdir ki, Norveç millisinin üzvü yalnız 2021-ci ilin mart ayında komandaya qoşula biləcək.

 

Qeyd edək ki, Anders Trondsen "Trabzonspor”la 4 illik müqavilə imzalayıb.

(Apa.az)