İdman

“Sumqayıt” tarixində ilk dəfə Avroliqada

AFFA İcraiyyə Komitəsinin bugünkü qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycanda futbol mövsümü dayandırılıb.

Kanal14.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu mövsüm kubokun qalibi olmayacağından Avropa Liqasında iştirak üçün sonuncu vəsiqə "Sumqayıt”a qismət olub. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Premyer Liqada 4-cü yeri tutduğu üçün bu şansı qazanıb.

Əlavə edək ki, "Sumqayıt” tarixində ilk dəfə olaraq Avropa kuboklarında iştirak hüququ əldə edib.

Xatırladaq ki, "Sumqayıt”la yanaşı 2020/21 mövsümündə AL-də ölkəmizi "Neftçi” və "Keşlə”, Çempionlar Liqasında isə "Qarabağ” təmsil edəcək.