İdman

Braziliya millisinin sabiq futbolçusu yeni klubu üçün velosipedlə yola çıxdı

Brazilian striker Fred joins ex-club Cruzeiro

Braziliya millisinin sabiq futbolçusu Fred "Kruzeyro" klubundan "Fluminense" komandasına keçib. 

Kanal14.az bildirir ki, 36 yaşlı hücumçu iki illik sözləşmə imzalayıb və xeyriyyə aksiyası çərçivəsində Belu-Orizontidən Rio-de-Janeyroya qədər 600 km velosiped sürəcəyini açıqlayıb. O, hazırda məsafənin 150 km-ni qət edib. 

Futbolçu 4 min braziliyalı ailəyə yemək paketləri toplamağı qarşısına məqsəd qoyub. 

"Sənə inanıram. Velosiped sürürəm və bu zaman evlərinizdən ianə edirsiniz. Biz ümumi məqsəd üçün birləşəcəyik" - deyə Fred "Instagram"da yazıb. 

Sponsorlar hər km üçün 4 uşağa avadanlıq söz verib. 

(Report.az)