İdman

“Bavariya”nın ulduzu məşqçini təpiklə vurdu

Bundesliqanın 26-cı turunda maraqlı hadisə baş verib.

Kanal14.az Yenisabah.az-a istinadən xəbər verir ki, "Bavariya"nın futbolçusu Tomas Müller "Union"la matç zamanı etdiyi hərəkətlə futbol mətbuatının gündəmi olub.

Belə ki, matçın 89-cu dəqiqəsində əvəzlənən 30 yaşlı futbolçu baş məşqçi Hans Flikə təpik vurub. Müllerin üzündəki ifadədən zarafat etdiyini anlayan Hans Flik yetirməsinə eyni təbəssümlə cavab verib.

Xatırladaq ki, koronavirus səbəbilə futbolçulara əl sıxmağa icazə verilmir.