İdman

Milli komandanın üzvü futbol oynayarkən öldü

Milli komandanın üzvü futbol oynayarkən öldü
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Hindistanın "Yunion Bank" və "Eyr İndia" klublarının sabiq futbolçusu Skot De Souza faciəvi şəkildə dünyasını dəyişib.

Kanal14.az "Indian Express"ə istinadən xəbər verir ki, 26 yaşlı oyunçu süni örtüklü meydanda dostları ilə futbol oynayarkən qəflətən yerə yıxılıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım maşını çağırılıb. Braziliya əsilli futbolçu xəstəxanaya aparılarkən yolda keçinib. Onun ölümünə infarkt səbəb olub.

Qeyd edək ki, Skott De Souza Hindistanın futzal üzrə yığmasının da formasını geyinib.