Hadisə

İkinci mərtəbədən yıxılan qadın öldü

 

Astarada bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Suparibağ kənd sakini, 48 yaşlı Vəfa Məmmədrahim qızı Əsgərova yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq ağır dərəcəli bədən xəsarətləri alıb. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.