Hadisə

Arvadının iş yerində qanını tökdü - YENİLƏNİB

Mingəçevirdə qadını bıçaqlayan şəxs saxlanılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Könül Mirzəliyevanı həyat yoldaşı Anar İsmayılovin bıçaqladığı müəyyənləşib.

Onu Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları saxlayıb.

***

13:42

Mingəçevirdə bıçaqlanma faktı qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, naməlum şəxs Heydər Əliyev prospekti 21 ünvanında yerləşən aptekdə işləyən 40 yaşlı Könül Mirzəəliyevanı iş yerində bıçaqlayıb və hadisə yerindən qaçıb.

Qadın xəstəxanaya çatdırılıb, durumu ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.