Hadisə

"Ford"la vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal14.az bildirir ki, avqustun 26-da saat 16 radələrində Şəki şəhərinin Ə.Haqverdiyev küçəsində şəhər sakini Q.Məcidov idarə etdiyi "Ford” markalı xətt mikroavtobusu ilə yolu keçən həmyerlisi Solmaz Alxasovanı vurub. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.

(Lent.az)