Hadisə

Sumqayıtda fəhlə binadan yıxılaraq ölüb

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

Kanal14.az bildirir ki, hadisə şəhərin "Stansiya Sumqayıt" yaşayış massivində qeydə alınıb.

Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən, 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan S. Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

(Lent.az)