Hadisə

Gənc oğlan mağazada satıcı işləyən qonşusunu öldürdü

Gənc oğlan mağazada satıcı işləyən qonşusunu öldürdü

Bakıda mağazada işləyən qonşusunu qətlə yetirməkdə təqsirli bilinən İsmayıl Ağasənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Kanal14.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əlövsət Abasovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə fevralın 9-na keçən gecə Xətai rayonunun Zığ yolu 22 ünvanında yerləşən marketdə baş verib.
1996-cı il təvəllüdlü Ağasənov İsmail Nizami oğlu marketdə satıcı işləyən qonşusu, 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu bıçaqlayıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, İsmail Ağasənov pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İ.Ağasənova Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham verilib.