Hadisə

Bakıda avtobus yandı

Bakıda avtobus yandı

Bakıda avtobusda yanğın baş verib.

Kanal14.az "Qafqazinfo"a istinadən xəbər verir ki, bu barədə BNA sözçüsü Mais Ağayev məlumat yayıb.

 

O bildirib ki, bu gün səhər saat 7 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub. Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.

Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.