Hadisə / Dünya

Moskvada ördəklər kütləvi şəkildə tələf olur

Moskva şəhərində ördəklərin kütləvi tələf olması faktı qeydə alınıb.

Kanal14.az  şəhər sakinlərinə istinadən xəbər verir ki, son günlər yüzlərlə ördək naməlum səbəbdən ölüb.

Hazırda hadisənin baş verməsinin bir neçə versiyası nəzərdən keçirilir.

İddia olunur ki, sahillər yosunlardan təmizlənərkən istifadə olunan kimyəvi maddələr və iyul ayının sonunda Butakovski körfəzinə axıdılan neft məhsulları quşların tələf olmasına səbəb ola bilər.

Faktla əlaqədar ekoloqlar sudan nümunələr götürüblər.

 


  •