Hadisə

Maşınla velosipedçini vurub öldürdü

Maşınla velosipedçini vurub öldürdü

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.  

Kanal14.az DİN-ə istinadən xəbər verir ki, dünən Binəqədi qəsəbəsi ərazisində Ağsu rayon sakini T.Zeynalov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə velosiped sürən Abşeron rayon sakini R.Şəfiyevi vurub.

 

Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.