Hadisə

Azərbaycanlı müğənninin oğlu qəzada öldü

Azərbaycanlı müğənninin oğlu qəzada öldü
Müğənni İbrahim Borçalıya ağır itki üz verib.

Kanal14.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin 22 yaşlı oğlu Rəhim avtomobil qəzasında dünyasını dəyişib. Gürcüstandan Bakıya gələn gənc yolda qəzaya düşüb.

Şairə Nazilə Səfərli saytımıza açıqlamasında bildirib ki, sənətçinin yeganə oğlu dördüncü kurs tələbəsi idi. O, Türkiyədə təhsil alırdı.

Qeyd edək ki, İbrahim Borçalının iki övladı var idi.