Hadisə

Frank Riberinin evi qarət olunub

Frank Riberinin evi qarət olunub

"Fiorentina”nın futbolçusu Frank Riberinin Florensiyadakı evi qarət olunub.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "La Republica” nəşri məlumat yayıb.

Naməlum şəxslər Riberi evdə olmadığı zaman onun evinə giriblər. Futbolçuya dəyən zərərin həcmi məlum deyil.

Fransalı yarımmüdafiəçi A Seriyasının 30-cu turu çərçivəsində baş tutan "Parma” - "Fiorentina” (1:2) matçından sonra evə qayıdarkən evinin qarət olunduğunu bilib.