Hadisə

Bakıda qəbiristanlıqda cinayət – İki nəfər saxlanıldı

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Biləcəri qəsəbəsi, Dağlı küçəsində yerləşən qəbirstanlıqdan naməlum şəxs və ya şəxslər 500 manat dəyərində dəmir barmaqlıqlar oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – 1993-cü il təvəllüdlü Əfqan Məhərrəmov və 1982-ci il təvəllüdlü Faiq Bayramov müəyyən olunaraq saxlanılıblar.