Hadisə

Azərbaycanda polkovnik-leytenant və mayor COVID-19-dan vəfat etdi - RƏSMİ

Azərbaycanda polkovnik-leytenant və mayor COVID-19-dan vəfat etdi -

Azərbaycanda 2 polis əməkdaşı koronavirsudan ölüb.

Kanal14.az xəbər verir ki, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.