Hadisə / Dünya

Donald Trampa Twitch və Reddit-dən hücum

ABŞ-da irqçiliyə qarşı etirazlar keçirilir. ABŞ prezidenti Donald Tramp buna münasibətinə görə ciddi şəkildə tənqid edilib.

Kanal14.az ted.az-a istinadən bildirir ki, Trampın Twitch və Reddit hesabları bağlanıb.

Bu çərçivədə hərəkət edən nəhəng şirkətlər Trampın hesabını silməyən Feysbuka da təsirini göstərdi. 200 şirkət Feysbuk və Trampa sanksiya tətbiq etdi.

Amazona məxsus Twitch bu yaxınlarda sanksiyalara qoşuldu. Trampın Twitch hesabını bağlayan şirkət, kanalın davranış siyasətinə əməl etmədiyi üçün müvəqqəti olaraq dayandırıldığını açıqladı. Trampın hesabı Twitch-də irqi, etnik və milli mənşəli ayrıseçkilik etdiyinə görə bağlanıb.