Hadisə / Dünya

Avropa ölkəsi fəlakətlə üz-üzə: Sel evləri belə sürüklədi - ANBAAN VİDEO

Avropa ölkəsi fəlakətlə üz-üzə: Sel evləri belə sürüklədi -

Serbiya şiddətli yağışlar səbəbindən sel fəlakəti ilə üz-üzə qalıb.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, bölgədə çox sayda binanı su basıb, nəqliyyat vasitələri axına qapılaraq sürükləniblər. Yüzlərlə ev sel nəticəsində yararsız vəziyyətə düşüb. Ölkədə 15 şəhərdə fövqəladə vəziyyət elan edilib.

Ölkədə Ljik çayının daşması nəticəsində çaya yaxın ərazidəki evləri sel aparıb. Həmçinin ərazidə çox sayda körpünün çökdüyü və heyvanların tələf olduğu qeyd edilib.