Hadisə

“Bakı Metropoliteni”nin 29 əməkdaşı koronavirusa yoluxub, biri ölüb

Bu günədək "Bakı Metropoliteni”nin 29 əməkdaşı koronavirusa yoluxub.

 

Kanal14.az xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda 22 əməkdaş müxtəlif xəstəxanalarda müalicəsini davam etdirir:

"6 əməkdaşımız artıq tam sağalıb, metodik göstərişlərə uyğun olaraq nəzarət altındadırlar. Bir nəfər əməkdaşımız isə koronavirus səbəbindən vəfat edib.

Lakin həmin şəxs xidmət rəisi Etibar İsayev deyil. Etibar İsayev ürək çatışmazlığından vəfat edib”.

(Axsam.az)