Hadisə

Baş redaktor və ailəsi koronaya yoluxdu

Daha bir jurnalist, "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailə üzvləri koronavirusa yoluxub.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb.

O bildirib ki, koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına özü və ailə üzvləri də qoşulub:

"Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə Neftçilər Xəstəxanasında davam etdirilir.

Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.

Özünüzü qoruyun!”