Hadisə

Çimərlikdə dostunu döydü

Çimərlikdə dostunu döydü

Bodrum Gölköydə bir çimərlikdə görüntülənən aktrisa Hayal Köseoğlu yanındakı dostu ilə dava edib.

 

Kanal.az xarici KİV-ə istinadən xəbər verir ki, məkanda olanlar aktrisanın dostuna sillə vurduğunu iddia edib. Sevgilisi Caner Şahindən ayrılan Hayal tətilə yollanaraq, dincəlməyə çalışıb. Bir oğlan dostu ilə oteldə obyektivlərə tuş gələn sənətçinin gərgin anları gözlərdən qaçmayıb.

Gəncin telefonda göstərdiyi bir mesaj Köseoğlunu əsəbiləşdirib. Əsəbdən tullanmağa başlayan aktrisa dostunu sillələməyə başlayıb.

Davadan sonra dostunun yanından uzaqlaşan Hayal daha sonra telefonla danışmağa başlayıb. Aktrisa daha sonra dostunun yanına gedərək, onun könlünü alıb.