Hadisə

Bir gündə iki dəfə intihar etdi

Bir gündə iki dəfə intihar etdi

Dənizlinin Mərkəzəfəndi bölgəsində 65 yaşlı şəxs odekolon içərək intihara cəhd edib.

Kanal14.az xəbər verir ki, hadisədən dərhal sonra Əhməd Çətə təcili yardımla Serverqazi Dövlət Xəstəxanasına yerləşdirilib. Şəxsə Təcili tibbi xidmət bölməsində ilkin müdaxilə göstərildikdən sonra 3-cü mərtəbədəki sinə xəstəlikləri xidməti olan bölməyə qaldırılıb. 

Lakin o, qaldığı otaqda özünü pəncərədən atıb və səhər saatlarında ölü olaraq tapılıb və şəxsin cəsədi morqa aparılıb.

(Yenisabah.az)