Hadisə

Qaradağda daş karxanasından kişi meyiti tapıldı

Qaradağda daş karxanasından kişi meyiti tapıldı

İyunun 18-də saat 22 radələrində Qaradağ rayonu ərazisində yerləşən Şahqaya daş karxanaları kompleksində bir nəfər kişi meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Kanal14.az bildirir ki, bu barədə Yenisabah.az-a Qaradağ rayon prokurorluğundan məlumat verilib.

Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib. 

İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş "Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub. 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.