Hadisə

Bakıda avtobus dayanacağında qadın meyiti tapılıb

Bakıda avtobus dayanacağında qadın meyiti tapılıb

Sərt karantin rejimi dövründə Bakıda avtobus dayanacağında qadın meyiti tapılıb.

 
Kanal14.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, iyunun 14-də saat 5 radələrində Xəzər rayonu, Qala kəndində Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Məftun İsmayılovanın üzərində aşkar zorakılıq əlamətləri olmayan meyiti tapılıb.

Prokurorluq hazırda onun ölümünün səbəblərini araşdırır.