Hadisə

Bakı sakinindən 17 kilo narkotik götürüldü

Bakıda narkotik bitki əkib-becərən şəxs saxlanılıb.

Kanal14.az -ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklə Mübarizə Bölməsi əməkdaşları daxil olan məlumat əsasında Maştağa qəsəbə sakini Rəfael Cabbarovun həyətyanı sahəsinə baxış keçiriblər. Baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə becərdilən, ümumi çəkisi 12 kiloqram 785 qram olan 172 ədəd çətənə kolu aşkar edilib. R. Cabbarovun evindən isə 5 kiloqram 15 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

(Lent.az)