Hadisə

Bakıda əcnəbini döyüb soydular

Bakıda əcnəbiyə qarşı quldurluq edilib.

Kanal14.az bildirir ki, DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1000 manat pulunu götürməsini bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.Məlikov və K.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.