Hadisə

Rayon sakinin evindən 6 kilodan çox narkotik tapıldı

Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Maşxan kənd sakini Mirəli Bəşirovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə becərdiyi 18 ədəd çətənə kolu aşkar olunub.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, davam edən əməliyyat tədbiri ilə M.Bəşirovun yaşadığı evin həyətinə keçirilən baxış zamanı oradakı yarımtikilidən 3 ədəd şəffaf şüşə balonda və 2 ədəd sellofan torbada ümumi çəkisi 6 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.