Hadisə

Bəbəlidə yanğın baş verib

Xaçmaz rayonunun Bəbəli kəndində yanğın qeydə alınıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Bəbəli kəndində bələdiyyəyə məxsus ərazidə 6 ha sahədə kol-kos, meşə ərazisində 1,5 ha sahədə kol-kos və ağaclar yanıb.

 

Meşə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.