Azərbaycanda qardaş bacısını öldürdü, ata boynuna götürdü
Ötən axşam Daşkəsən rayon sakini Elgün Abbasova qətlə yetirilib.
Dogruxeber.az bildirir ki, öldürülən qıza görə iki nəfər cinayəti üzərinə götürüb.
İlkin məlumata görə, Elgün Abbasovanı qardaşı Elvin Abbasov odun parçası ilə başından vuraraq öldürüb. Hazırda E.Abbasov saxlanılıb və araşdırma davam edir.
Məlumata görə, E.Abbasov bacısını qısqanclıq zəminində öldürüb. Buna görə də ilk olaraq atası cinayəti öz üzərinə götürmək istəyib.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
(Big.az)