Hadisə

Bakıda Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Bakıda Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7300 manat pulunu aldığını bildirib.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.