Hadisə

Yanacaq çənində xeyli sayda fişəng və pirotexniki vasitə aşkarlandı

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21214" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DGK-dan verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin yanacaq çəninin içərisində 360 ədəd "Sterminator" markalı fişəng, 5700 ədəd "Cock Crowinq At Dawn" markalı pirotexniki vasitə aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.