Hadisə

"Alatoranlıq" filminin aktyoru öldü - FOTO



"Twilight" ("Alatoranlıq") filmində epizodik rol oynayan Qreqori Tayri Boys 30 yaşında dünyasını dəyişib.



Kanal14.az-ın BiG.AZ-a istinadən verdiyi xəbərə görə bu barədə "Variety" yazır.



Boys və onun 27 yaşlı sevgilisinin meyiti mayın 13-də aktyorun Las-Vegasdakı mənzillərində polis tərəfindən tapılıb, lakin hadisə barədə ictimaiyyətə yalnız indi məlum olub.

 
Aktyorun ölümünün səbəbi açıqlanmır. Onun Alaya adında 10 yaşlı qızı olub.



Boys "Alatoranlıq" filminin ilk bölümündə Tayler Krouli adlı tələbə rolunu oynayıb. Filmdə onun maşını baş qəhrəman Bellanı vurmaq üzrə olarkən Edvard avtomobili əliylə dayandırıb.