Hadisə / Dünya

İran fransız tədqiqatçını həbs etdi

İran məhkəməsi tədqiqatçı Fariba Adelxahı beş il həbs cəzasına məhkum edib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, Adelxah milli təhlükəsizliyə qəsddə və islam respublikasına qarşı təbliğatda ittiham olunub.

Qeyd edək ki, Adelxah Fransa və İran vətəndaşıdır. O, 2019-cu ilin iyulunda həbs edilib.