Hadisə

Bakıda avtomobildən 36 min dollar oğurlandı

Bakıda avtomobildən 36 min dollar oğurlandı
 
 

 
 
 
 
 
 
 
 
 
 

 

 
 

Ötən gün Bakının Nəsimi rayonunda külli miqdarda pul oğurluğu qeydə alınıb.

Kanal14.az bildirir ki,bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Mayın 14-də, saat 16:30 radələrində 28 may küçəsində, özəl sektorda işləyən Lənkəran rayon sakini Səməndər Məmmədova məxsus "Mersedes” markalı avtomobildən 36 min dollar oğurlanıb.

Zərərçəkmişin dediyinə görə, pulları həmin vaxt maşınında olan tanımadığı bir sərnişin oğurlayıb. Hazırda 22-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanlarının paytaxt bölmələrində əmlak oğurluğu ilə bağlı 24 fakt qeydə alınıb, onlardan 11-nin üstü açılıb.

Bundan əlavə, daha əvvəl törədilmiş dörd oğurluğun da üstü açılıb.