Hadisə

İstehsal etdiyi saxta araq ölümə səbəb oldu

İstehsal etdiyi saxta araq ölümə səbəb oldu

Nəsimi rayonunda saxta araq istehsal edən sexin müdiri insan ölümünə səbəb olub. 

Kanal14.az bildirir ki, "Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 124.1-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 200.4-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma- Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddələri ilə təqsirləndirilən Müseyibzadə Vüsal Müseyib oğlu barəsində Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, V. Müseyibzadə Bakıda saxta araqların istehsalı ilə məşğul olub.