Hadisə / Dünya

Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusdan dünyasını dəyişdi

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişib.

Bu barədə TASS-a açıqlamasında Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat verib.

"Bəli, koronavirus. İnanmaq istəməzdik. Bu qədər plan, vəzifə müəyyənləşdirmiş, xeyli enerji sərf etmişdik. O, öz ətrafında bütün qızları birləşdirmişdi",-deyə M.Mamiaşvili vurğulayıb.

M.Əliömərov mayın 13-də 67 yaşında vəfat etdi. O, Rusiya komandasına 2019-cu ilin fevralından rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2019-cu ilin  Dünya Kubokunda iki qızıl, bir gümüş və iki bürünc medal qazanaraq, komanda hesabında ikinci yeri tutmuşdu. "Avro 2020” də isə ruslar dörd qızıl, bir gümüş və dörd bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutdular.

Rusiya millisindən əvvəl (2011-2015) isə   M.Əliömərov Azərbaycan yığmasına başçılıq edib və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti (2015-2018) olub./Virtualaz.org/