Hadisə

Bakıda bank kartlarından oğurluq edən şəxs tutuldu - Foto

Bakıda bank kartlarından oğurluq edilib.

Kanal14.az bildirir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunmuş Rövşən Rəhimov müəyyən olunaraq saxlanılıb.

Şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb.

R.Rəhimovun ətrafında keçirilən araşdırmalara müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1 000 manat pulu talayıb.

Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.