Hadisə

Xızıda yanğın baş verib

Xızıda yanğın baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, rayonun Giləzi qəsəbəsində ümumi sahəsi 24 kv.m olan qaraj, içərisində olan "VAZ” markalı minik avtomobilinin yanar hissələri, qaraja bitişik ümumi sahəsi 48 kv.m olan talvarın yanar konstruksiyaları 24 kv.m sahədə, talvarın altına yığılmış 3 ton ot bağlamasının 2 tonu və 2 ton taxılın 1 tonu yanıb.

 

Bitişik tövlə, talvarın, ot bağlamasının və taxılın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.